...

Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 19 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel/Trend, müxbir Ə. Həsənov/

2012-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların ümumi həcmi 570,2 milyon manat təşkil edib ki, bu da ötən ilin göstəricisini 18,7 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Yanvar-mart aylarında xarici dövlətlər və beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların 92,2 faizi (525,5 milyon manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Çexiya və Türkiyə investorlarının payına düşüb.

Əvvəlki kimi Böyük Briyaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 46,1 faiz, investisiyaların özü isə 262,89 milyon manat təşkil edib.

ABŞ investisiyaları 103,35 milyon manat (18,1 faiz xüsusi çəki ilə), Yaponiya - 69,75 milyon manat (12,3 faiz), Norveç - 38,78 milyon manat (6,8 faiz), Türkiyə - 30,66 milyon manat (5,4 faiz), Çexiya - 20,03 milyon manat (3,5 faiz), Fransa - 9,23 milyon manat (1,6 faiz), Almaniya - 1,1 milyon manat (0,2 faiz), İtaliya - 86,6 min manat təşkil edib.

Beynəlxalq maliyyə institutlarından - Dünya Bankı tərəfindən qoyulan investisiyaların həcmi 3,5 faiz xüsusi çəkidə 20 milyon manat, Asiya İnkişaf Bankı 14,23 milyon manat (2,5 faiz) təşkil edib.

Xəbər lenti

Xəbər lenti