...

Azərbaycanın və RF Kurqan vilayətinin iş adamları birgə istehsalın yaradılmasını müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Ə.Həsənov/

Rusiyanın Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mayın 24-də Bakıda biznes forum təşkil ediləcək. Bu barədə cümə günü Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

"Biznes forum çərçivəsində ərzaq məhsullarının tədarükü ilə bağlı perspektivlər, müxtəlif sahələrdə birgə istehsalın yaradılması imkanları, tələbə mübadiləsi, səhiyyə və turizm sahələrində əməkdaşlıq imkanları və s. müzakirə ediləcək", - ticarət nümayəndəsi deyib.

Onun sözlərinə görə, səfər zamanı, həmçinin 2007-ci ilin aprelində Azərbaycan və Rusiyanın Kurqan vilayəti arasında imzalanmış ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin reallaşdırılmasının gedişatı ilə bağlı məsələlər müzakirə ediləcək. Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə görüş zamanı əməkdaşlığın iqtisadi və humanitar aspektləri nəzərdən keçiriləcək.

"Azərbaycan Fövqəladə Hallar Nazirliyi üçün xüsusi yanğınsöndürmə avadanlıqlarının tədarük edilməsində də əməkdaşlıq imkanları mövcuddur, - Şedrin qeyd edib. - Səfər çərçivəsində hər hansı sənədlərin imzalanması gözlənilmir. Belə ki, bu gün qarşıya artıq əldə edilən razılıqların yerinə yetirilməsi vəzifəsi qoyulub".

Şedrinin fikrincə, Azərbaycan və Kurqan vilayəti arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsi hələlik potensial imkanlara cavab vermir.

Xəbər lenti

Xəbər lenti