...

"Bakıelektrikşəbəkə" ASC işə qəbul elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 10:42 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” ASC Tədris Mərkəzində vakant olan Metodist və İstehsalat Təlim Ustaları vəzifələrinə bu sahədə yüksək ixtisasa malik olan mütəxəssislərin işə qəbul olunması üçün müsabiqə elan edir.
"Bakıelektrikşəbəkə" ASC işə qəbul elan edir

Ümumi məlumat:

"Bakıelektrikşəbəkə" ASC Tədris Mərkəzində vakant olan Metodist və İstehsalat Təlim Ustaları vəzifələrinə bu sahədə yüksək ixtisasa malik olan mütəxəssislərin işə qəbul olunması üçün müsabiqə elan edir.

İstehsalat Təlim Ustaları üçün tələb olunan kriteryalar:
• Energetika ixtisası üzrə ali təhsil olmalıdır;
• Seminar, Təcrübə və Laboratoriya məşğələlərinin təlimi sahəsində iş təcrübəsi olmalıdır.
• İngilis və Rus dillərini bilənlərə üstünlük verilir;
• Kompyuter proqramlarından sərbəst istifadə etmək bacarığı olmalıdır. (Windows XP, Word, Excel)

Metodist üçün tələb olunan kriteryalar:
• Ali təhsilli olmalıdır;
• Tədris proqramlarının, metodiki vəsaitlərin, dərs cədvəllərinin, laboratoriya işlərinin hazırlanması , kargüzarlıq işlərinin aparılması sahəsində iş təcrübəsi olmalıdır.
• İngilis və Rus dillərini bilənlərə üstünlük verilir;
• Kompyuter proqramlarından sərbəst istifadə etmək bacarığı olmalıdır. (Windows XP, Word, Excel)

Tələb olunan sənədlər:
• Fotoşəkilli anket forması;
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ali təhsil haqqında sənəd ;
• Əmək kitabçasının surəti.

Qeyd:
Sənədlərinizi 15.05.2012-ci il tarixinə kimi hər iş günü 10 00 -17 00 kimi "Bakıelektrikşəbəkə" ASC-nin Kadrlar şöbəsinə təqdim edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi 13.

Əlaqə
Telefon:: (+99412) 440 39 93 (2232 və 2372)
Faks: (+99412) 565 05 72
E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti