...

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun növbəti iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 18:55 (UTC +04:00)
Koreya Respublikası və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Koreya Respublikası və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 4-cü iclası keçirilib. İclasda Azərbaycan və Koreya tərəfdən aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə ətraflı məlumat verib, Azərbaycanda xarici ölkələrlə, o cümlədən Koreya Respublikası ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini qeyd edib, mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirliyinin baş direktoru Taehee Voo ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Koreya Sənaye Kompleksi Korporasiyasının bölmə rəhbəri Hyeyoung Cho "Xüsusi İqtisadi Zonalar və Sənaye Parkları üzrə əməkdaşlıq", Koreya Ticarət Sığorta Korporasiyasının baş meneceri Subuem Park "İxrac Kredit Agentliyi vasitəsilə ixracın maliyyələşdirilməsi", "SK C&C" şirkətinin baş meneceri Seongpil Yang "Dəmir yolu sisteminin inkişafı", Koreya Yeni və Bərpa Olunan Enerji Korporasiyasında bölmə rəhbəri Jungtae Pak "Bərpa olunan enerjinin inkişafı üzrə əməkdaşlıq" mövzularında təqdimatla çıxış ediblər.

Komissiyanın iclasında ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, tikinti, informasiya-kommunikasiya texnologiyaları, energetika və s. sahələrdə əməkdaşlığın inkişafı, iş adamları arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti