...

Dağıstan Azərbaycana nəqliyyat-logistika mərkəzlərinin yaradılmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2012 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan və Dağıstanın coğrafi vəziyyəti nəqliyyat-logistika mərkəzlərinin yaradılmasını tələb edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakıda Dağıstan Baş nazirinin müavini Rizvan Qazımaqomedov məlumat verib.

"Bu mərkəzlər həm Azərbaycana, həm də Dağıstana vacibdir və aramızdakı hazırkı sıx əməkdaşlıq bu məqsədlərə çatmağa imkan verir", - Qazımaqomedov deyib.

Onun sözlərinə görə, hazırda iqtisadiyyatın kənd təsərürfatı, emal sənayesi, bağçılıq, tikinti, istixanaların yaradılması, üzümçülük, turizm və digər bu kimi sahələrində əməkdaşlığa maraq mövcuddur.

"Hidroenergetika, o cümlədən Samur hövzəsinin resurslarından istifadə bizim üçün çox vacib istiqamətdir", - Baş nazirin müavini deyib.

O, həmçinin qeyd edib ki, indiki məqamda həyata keçirilməyə başlayan 10 birgə layihə mövcuddur. Bunlar aqrar sənaye kompleksi, konservləşdirilmiş məhsulların istehsalı və digər sahələrdəki layihələrdir.

"İş adamlarımız bir-birilərini tapıblar və bizim əsas məqsədimiz gələcək əməkdaşlığın qurulması məqsədilə onlar üçün əlverişli şərait yaratmaqdır", - Qazımaqomedov bildirib.

Bu gün Bakıda Azərbaycanın və Dağıstanın iş adamlarının görüşü keçirilib. Görüş çərçivəsində Dağıstan Respublikasının investisiya imkanlarının təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti