...

"Xalq Bank" yeni aksiyalar keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 19:05 (UTC +04:00)
"Xalq Bank" Dizayn Kart və İnternet Kart üzrə yeni aksiyalarını keçirir.
"Xalq Bank" yeni aksiyalar keçirir

Azərbaycan, Bakı, 27 aprel /Trend/

"Xalq Bank" Dizayn Kart və İnternet Kart üzrə yeni aksiyalarını keçirir. Aksiyaların şərtlərinə görə, Dizayn Kart kuponunu əldə edən müştəri Dizayn Kartı 50% endirimlə ala bilər, İnternet Kartı əldə edən müştəri isə İnternet Kartı pulsuz - "Xalq Bank"ın bütün filiallarında ala bilər.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, kuponları 28-29 aprel 2012-ci il Park Inn Hotel-ində keçiriləcək "Türkiyə universitetləri təhsil sərgisi"ndə "Xalq Bank"ın stendini ziyarət edərək əldə etmək olar.

Xatırladaq ki, Dizayn Kart "Xalq Bank"ın təklif etdiyi individual dizaynlı plastik kartdır. Bu məhsulun digərlərindən fərqi ondadır ki, müştəri kartın dizaynını öz zövqünə uyğun seçir.

Qalan məsələlərdə isə Dizayn Kart adi MasterCard Standard kredit və ya debet kartıdır. Bu kart Sizə müxtəlif növ əməliyyatlar - bankomatdan pul çıxarmaq, xidmətlərin haqqını ödəmək, internetdə alış-veriş etmək imkanı verir.

"Xalq Bank" tərəfindən buraxılan İnternet Kart internet vasitəsilə ödənişləri daha rahat və təhlükəsiz həyata keçirməyə imkan verən "Visa International" sisteminin ödəniş kartıdır. İnternet Kart vasitəsilə müştərilər internetdə mal və xidmətlər ala, kommunal ödənişlər edə, mobil və stasionar rabitə haqlarını, kabel TV-dən istifadə haqlarını, internet provayderlərin xidmət haqlarını ödəyə, elektron bilet ala, hoteldə otaq rezervasiya edə, sığorta və digər ödənişləri həyata keçirə bilərlər.

Dizayn Kart və İnternet Kart-ların imkanları haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti