...

Bakı üzrə daşınmaz əmlakın rəqəmsal xəritələrinin hazırlanması yaxın 2-3 ildə başa çatacaq – Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 12:31 (UTC +04:00)
Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi daşınmaz əmlakın elektron kadastrının məlumat bazasının hazırlanması və Bakı üzrə rəqəmsal kadastr xəritələrinin tərtibini yaxın 2-3 ildə başa çatdıracaq.
Bakı üzrə daşınmaz əmlakın rəqəmsal xəritələrinin hazırlanması yaxın 2-3 ildə başa çatacaq – Dövlət Komitəsi

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov /

Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi daşınmaz əmlakın elektron kadastrının məlumat bazasının hazırlanması və Bakı üzrə rəqəmsal kadastr xəritələrinin tərtibini yaxın 2-3 ildə başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin sədri Kərəm Həsənov "Əmlakın idarə olunması və qeydiyyatında elektron xidmətlər: şəffaflığın və səmərəliliyin təmin olunması" mövzusunda ictimai təqdimat zamanı bildirib.

Komitə cümə axşamı daşınmaz əmlak üzərində hüququn təkrar qeydiyyatı, arayışların alınması, eləcə də Komitə tərəfindən müsadirə olunmuş əmlakın satışı və s. üzrə elektron xidmətləri təqdim edib.

"Hazırda paytaxt üzrə bu işlərə hazırlıq görülür. İlin sonunadək Sumqayıtda analoji işlər başa çatacaq. Kadastr işləri Gəncə və Şəkidə də aparılır", - Həsənov deyib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində beynəlxalq layihələr çərçivəsində daxili imkanlar və maliyyə mənbələri hesabına ölkənin bütün ərazisində daşınmaz əmlak obyektlərinin rəqəmsal xəritələrinin tərtibi təmin olunacaq.

Dövlət Komitəsi beynəlxalq tələblərə uyğun olaraq daşınmaz əmlakın bütün mövcud subyektləri haqqında mərkəzləşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti