...

"Expressbank" kart sahibləri üçün yeni aksiyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 18:02 (UTC +04:00)
Azərbaycan bankı "Expressbank" yeni müddətsiz "Expressbank Endirim Klubu" aksiyasına başlayıb.
"Expressbank" kart sahibləri üçün yeni aksiyaya başlayıb

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycan bankı "Expressbank" yeni müddətsiz "Expressbank Endirim Klubu" aksiyasına başlayıb. Bu barədə cümə günü Trend-ə bankdan məlumat verilib.

Klubun əsas məqsədi bankın kart sahibləri üçün müəyyən mağazalarda, restoranlarda, turizm şirkətlərində və s. bu kimi obyektlərdə ilboyu endirimlərin təqdim edilməsidir.

Bunun üçün ödəniş zamanı obyektin personalına sadəcə "Expressbank"ın VISA kartını təqdim etmək kifayətdir. Bankla əməkdaşlıq edən şirkətlər böyük və uşaq geyimləri mağazaları, parfümeriya mağazaları, səyahət agentlikləri, restoranlar şəbəkəsi və digər obyektlərdir.

Tərəfdaş şirkətlərin tam siyahısı ilə bankın rəsmi veb-saytında www.expressbank.az və ya 132 məlumat mərkəzinə zəng vurmaqla tanış olmaq olar.

Cari ilin iyun ayından etibarən "Expressbank" beynəlxalq ödəniş disteminin MasterCard Europe sprl. çip kartlarını istifadəyə təqdim edəcək. Bu kartların da sahibləri bankla əməkdaşlıq edən şirkətlərdən endirimlər qazanacaq.

Bankın aktivində 30 mindən çox plastik kart və ölkənin 33 regionunda fəaliyyət göstərən 56 bakomat var.

Xəbər lenti

Xəbər lenti