...

Azərbaycan gömrüyü dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozun 1/3-ni yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) aprel ayında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 101,47 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DGK-nin saytında dərc edilən məlumatda deyilir.

Apreldə gömrük rüsumlarından daxilolmalar 28,25 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 66,49 milyon manat, aksizlər üzrə 5,41 milyon manat, yol vergisi üzrə isə 1,32 milyon manat təşkil edib.

Ümumilikdə 4 ay ərzində DGK-dan dövlət büdcəsinə ödənişlər 353,18 milyon manat olub.

2011-ci il üçün DGK xətti ilə 1,14 milyard manat həcmində ödənişlər proqnozu yerinə yetirilib. 2012-ci il üçün proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti