...

TBC Kredit yeni “Yay krediti” aksiyasını elan etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend/

Yayın gəlişi ərəfəsində TBC Kredit yeni "Yay krediti" kampaniyasını elan etdi.

Avqustun sonuna qədər girovsuz "Təcili Pul" kreditinə müraciət edən hər bir kəs 3 aya qədər kredit ödənişi etməmək və əlavə bonus - kreditin müddətinin daha 2 ay uzadılması imkanı əldə edir. Mövcud aksiya yay dövründə hər bir şeyi unutmağa, rahat səfərə getməyə və çoxdan gözlənilən alış-verişi həyata keçirməyə imkan verir.

"Təcili Pul" istənilən məqsəd üçün nəzərdə tutulan girovsuz və zaminsiz kreditdir. Bu kredit üzrə maksimal məbləğ 10,000 manat, maksimal müddət isə aksiya müddətində 26 ay təşkil edir. Mövcud məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənədlərin təqdimatı əsasında 2 gün ərzində verilir.

Əlavə məlumat üçün TBC Kreditin xidmət mərkəzlərinə 598 22 12 nömrəsi ilə zəng edə, və ya www.tbc.az saytından məlumat ala, onlayn müraciət forması doldura və kredit kalkulyatorunun köməkliyilə aylıq ödənişlərinizi hesablaya bilərsiniz.

TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75%-i Gürcüstanın aparıcı bankı TBC Banka və 25%-i ShoreBank International Ltd.-yə məxsusdur.

Xəbər lenti

Xəbər lenti