...

"Atəşgah" SŞ "Eurovision" qaliblərinin birgə klip çəkilişlərinə sponsorluq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" SŞ "Eurovision 2011" və "Eurovision 2008" mahnı müsabiqəsinin qalibləri olan Nigar Camal və Dima Bilanın birgə klip çəkilişlərinə sponsorluq edib.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, "Qucaqla məni" adlı mahnıya çəkilən klip Kiyevdə Aleksandr Lamax tərəfindən çəkilib. Mahnının müəllifi İsa Məlikovdur.

Klipin təqdimatı mayın 23-də Bakıda "EuroClub"da hər iki ifaçının iştirakı ilə keçirilib.

Tədbirdə "Atəşgah" Sığorta Qrupunun rəhbərliyi də iştirak edib.

Camal və Bilan yeni mahnılarını ifa edərək çoxsaylı tamaşaçılara maraqlı konsert proqramı təqdim ediblər. Konsert hər iki müğənninin duet şəklində "Məni qucaqla" mahnısının ingilis versiyası - "Come into my world" ilə sona yetib.

Tədbirdə konsert zalının girişində Atəşgah SŞ-nin imic reklam materialları yerləşdirilib.

Qeyd edək ki, "Atəşgah" SŞ Nigar Camalın simasını 1,5 milyon manat məbləğində sığortalayıb. Müğənni həmçinin "Atəşgah" SQ-nin imic reklamlarının simasıdır.

Xəbər lenti

Xəbər lenti