...

Azərbaycanın 2012-ci il dövlət büdcəsi lazımi səviyyədə icra ediləcək - Hesablama Palatası

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/

Dövlət büdcəsinin icrasının faktiki nəticələrinin 2011-ci ilin və 2012-ci ilin ilk 4 ayının proqnozlarını ötməsi 2012-ci il dövlət büdcəsinin proqnoz göstəricilərinə düzəlişlər etməyi zəruri edir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov palatanın iki qanunverici layihə - "2011-ci ilin dövlət büdcəsinin icrası haqqında" və "2012-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi haqqında" rəyini təqdim edərkən parlamentdə çıxışı zamanı bildirib.

"Palata rəyində 1 barel neftin qiymətinin orta hesabla 80 manat səviyyəsində müəyyənləşdirilməsini ehtiyatlı yanaşma kimi qiymətləndirib. Bu qiymətin 100 dollar səviyyəsinədək artırılması, yanvar-fevralda gömrük və gergi daxilolmaları üzrə proqnozların artıqlaması ilə yerinə yetirilməsi ilin sonuna büdcənin gəlir hissəsinin zəruri səviyyədə icrası üçün əsas yaradır", - Məhərrəmov vurğulayıb.

Palata, həmçinin sosial-iqtisadi əhəmiyyətli məsələlərin həll edilməsi, o cümlədən ölkədə təbii fəlakətlərin aradan qaldırılması, eləcə də digər vacib sahələr üçün əlavə maliyyələşdirmənin istiqamətlərini qənaətbəxş hesab edir.

"Hesablama Palatası təqdim edilən "2011-ci ilin dövlət büdcəsinin icrası haqqında" və "2012-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi haqqında" hər iki qanun layihəsinin təsdiqini məqsədəuyğun hesab edir", - Məhərrəmov deyib.

Xəbər lenti

Xəbər lenti