...

Expressbank-ın daha bir filialı fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 14:16 (UTC +04:00)
Expressbank-ın Bül-bül prospekti 29 ünvanında “1 saylı Bakı şöbəsi” kimi fəaliyyət göstərən şöbəsi artıq “Nəsimi filialı” kimi müştərilərə xidmət göstərəcək.
Expressbank-ın daha bir filialı fəaliyyətə başladı

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Expressbank-ın Bül-bül prospekti 29 ünvanında "1 saylı Bakı şöbəsi" kimi fəaliyyət göstərən şöbəsi artıq "Nəsimi filialı" kimi müştərilərə xidmət göstərəcək. Filialda fərdi və korporativ müştərilərə hesab açılması, depozit qəbulu, istehlak kreditləri, avto kreditlər, biznes kreditləri, bank kartları ilə əməliyyatlar, kommunal və mobil rabitə ödənişləri, valyuta mübadiləsi ilə yanaşı bütün növ bank xidmətləri göstərilir.

Müştəri məmnunluğunun təmin edilməsi, onlara daha rahat və sürətli xidmət göstərmək, o cümlədən əməliyyatçıların xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə digər filiallarda olduğu kimi burada da Q-Matic sistemi tətbiq edilmişdir.

Ümumilikdə Expressbank-ın respublikanın müxtəlif regionlarını əhatə edən artıq 11 filialı və 3şöbəsifəaliyyət göstərir.

Expressbank-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar.

Həmçinin bankın Facebook sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqlahttp://www.facebook.com/Expressbank daim bank yenililərindən xəbər tutmaq olar.

Xəbər lenti

Xəbər lenti