...

İki gün ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 1,4 milyon dollar həcmində birdəfəlik vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 10:58 (UTC +04:00)
Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinin ilk iki günü ərzində bankın varisi olan Kapital Bank-a 25 min müraciət daxil olub.
İki gün ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 1,4 milyon dollar həcmində birdəfəlik vəsait ödənilib

Azərbaycan, Bakı, 5 iyun / Trend, müxbir A.Axundov /

Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinin ilk iki günü ərzində bankın varisi olan Kapital Bank-a 25 min müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ölkənin maliyyə naziri Samir Şərifov bildirib.

"Həmin müraciətlərdən 10 mini üzrə ödənişlər artıq həyata keçirilib, 15 mininə isə hələ də baxılır. İki gün ərzində AzSSR Əmanət Bankının əmanətçilərinə 1,1 milyon manat həcmində vəsait ödənilib", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti