...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 16:00 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78576 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

28 may

-

4 iyun

0,7857

29 may

0,7858

5 iyun

0,7857

30 may

0,7858

6 iyun

0,7858

31 may

0,7857

7 iyun

0,7858

1 iyun

0,7857

8 iyun

0,7858

Həftə ərzində orta

0,78575

Həftə ərzində orta

0,78576

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) ucuzlaşıb. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78484 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 4-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7848 AZN/USD səviyyəsində qalıb; iyunun 5-də 0,7846 AZN/USD məzənnə ilə $2 mln.; iyunun 6-da 0,7846 AZN/USD məzənnə ilə $1,3 mln.; iyunun 7-də 0,7851 AZN/USD məzənnə ilə $24 mln.; iyunun 8-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7851 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

28 may

-

4 iyun

0,7848

29 may

0,7850

5 iyun

0,7846

30 may

0,7850

6 iyun

0,7846

31 may

0,7848

7 iyun

0,7851

1 iyun

0,7848

8 iyun

0,7851

Həftə ərzində orta

0,7849

Həftə ərzində orta

0,78484

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti