...

Bakıda Azərbaycan və Portuqaliyanın işgüzar dairələrinin ilk görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 20:18 (UTC +04:00)
Portuqaliyanın xarici işlər naziri Paulo Portasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iyunun 27-də iki ölkənin iş adamlarının görüşü keçiriləcək.
Bakıda Azərbaycan və Portuqaliyanın işgüzar dairələrinin ilk görüşü keçiriləcək

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ə.Həsənov/

Portuqaliyanın xarici işlər naziri Paulo Portasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iyunun 27-də iki ölkənin iş adamlarının görüşü keçiriləcək. Bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

"Bu, Azərbaycan və Portuqaliyanın iş adamlarının ilk görüşü olacaq. Görüş çərçivəsində, həmçinin ikitərəfli görüşün keçirilməsi gözlənilir", - bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində tikinti, arxitektura, enerji, qida sənayesi, İKT, kimya, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Portuqaliya şirkətlərinin rəhbərləri təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti