...

“ABB-Moskva” bankına broker fəaliyyəti və qiymətli kağızların idarə olunması üçün lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 11:01 (UTC +04:00)
ABB-nın Rusiyadaki törəmə bankı olan "ABB-MOSKVA"ya qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi, broker fəaliyyət üzrə və qiymətli kağızların etibarlı idarəedilməsi üzrə lisenziya verilib.
“ABB-Moskva” bankına broker fəaliyyəti və qiymətli kağızların idarə olunması üçün lisenziya verilib

Azərbaycan, Bakı, 27 iyun /Trend /

ABB-nın Rusiyadaki törəmə bankı olan "ABB-MOSKVA"ya qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi, broker fəaliyyət üzrə və qiymətli kağızların etibarlı idarəedilməsi üzrə lisenziya verilib. Trend-in məlumatına görə, bu barədə ABB-nin mətbuat xidmətinin məlumatında deyilir.

RF Maliyyə bazarları üzrə Federal Xidmətindən verilən məlumata görə, Xidmətin 21 iyun 2012 ci il tarixli qərarına əsasən, ABB-nın Rusiyadaki törəmə bankı olan "ABB-MOSKVA"ya qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi, broker fəaliyyət üzrə və qiymətli kağızların etibarlı idarəedilməsi üzrə lisenziya verilməsi barədə qərar qəbul edib.

"ABB-Moskva"nın İnvestitsiyalar və fərdi kapitalla iş departamentinin direktoru, "Prestige Club private banking"in rəhbəri Fəqan Nağıyev bu qərarı Bankın həyatında mühüm hadisə kimi qiymətləndirərək, qeyd edib ki, lisenziyanın alınması müştərilərimizə broker xidmətləri, qiymətli kağızların etibarlı idarəedilməsi və digər investment-banking xidmətlərinin göstərilməsinə imkan verəcək. "Hal-hazırda bu istiqamətlərdə yeni bank məhsullarının hazırlanması üzrə aktiv iş gedir", - deyə Fəğan Nağıyev bildirib.

Xəbər lenti

Xəbər lenti