...

Bakıda düşes istehsalçısının barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 15:01 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Yaqubov küçəsi, ev 21 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, etiketində tərkibinə daxil olan konservantlar və məhsulun qida dəyəri barədə məlumatların göstərilmədiyi, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilib.
Bakıda düşes istehsalçısının barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Yaqubov küçəsi, ev 21 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, etiketində tərkibinə daxil olan konservantlar və məhsulun qida dəyəri barədə məlumatların göstərilmədiyi, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bundan başqa, yoxlama zamanı albalı və şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan "Del-s Wealth Cherry nectar" və "Del-s Wealth Peach nectar" sözlərinin qeyd olunduğu müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirici içkilərin istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Qüdrət Abasova icrası məcburi göstəriş verilib.

Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes sərinləşdirici içkisinin etiketində məhsulun şəkər tozundan hazırlandığı göstərildiyi halda, faktiki olaraq məhsulun şəkər əvəzləyicisindən hazırlandığı, habelə resepturada albalı və şaftalı nektarlarının istehsalında konservant kimi benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda, məhsulun tərkibində həmin maddənin olduğu aşkar edilib.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə, Qüdrət Abasov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti