...

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 13:38 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda keçirilən "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda bildirib.

"Bu əlaqələrin inkişafı üçün mükəmməl normativ-hüquqi baza yaradılıb. Ölkələr arasında 100-dən artıq saziş imzalanıb", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, son illər ölkələr arasında ticarət dövriyyəsinin davamlı artımı müşahidə edilir. 2011-ci ilin yekunları üzrə Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında əmtəə dövriyyəsinin həcminə görə üçüncü yeri tutub. RF Azərbaycana məhsul ixrac edən ölkələr sırasında birinci, Azərbaycan məhsullarını idxal edən ölkələr arasında isə dördüncü olub.

2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitalı əsasında 261 müəssisə qeydiyyata alınıb. Son illər ölkəyə qoyulan Rusiya investisiyalarının həcmi 400 milyon dollar təşkil edib.

Nazirin sözlərinə görə, Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyaları son 10 il ərzində 570 milyon dollar səviyyəsindədir.

"Azərbaycan, həmçinin Rusiyanın regionları ilə ayrıca münasibətləri inkişaf etdirir. 83 federal subyektdən 70-i ilə əlaqə qurulub", - Mustafayev vurğulayıb.

Azərbaycan sahibkarları həm paytaxtda, həm də Rusiyanın regionlarında, xüsusən kənd təsərrüfatı, tikinti və digər sahələrdə fəal işləyirlər.

Xəbər lenti

Xəbər lenti