...

Bakı-Böyük Kəsik sahəsində daha 3,5 km yol əsaslı təmir olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 09:35 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Bakı-Böyük Kəsik sahəsində daha 3,5 km yol əsaslı təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Ağstafa-Poylu mənzilində 3,4 km yolun əsaslı təmirinə başlanılıb.

Səhər saatlarında köhnə yolun söküntüsünə start verilib. Təmir işləri üç gün davam edəcək. Bununla da 97,5 kilometr yolun əsaslı təmiri başa çatmış olacaq.

Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmir ilə əlaqədar Vasif Süleymanın və Elbariz Məmmədlinin müəllifi olduqları 3 cildlik "Məxmər yolların sirri" adlı kitab çapa hazırlanır. Kitabın birinci cildi bu günlərdə işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti