...

Bakı-Bişkək aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 14:31 (UTC +04:00)
BMI aviaşirkətinin həyata keçirdiyi Bakı-Bişkək aviareysi bir gün yubanır.
Bakı-Bişkək aviareysi yubanır

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.İsmayılov/

BMI aviaşirkətinin həyata keçirdiyi Bakı-Bişkək aviareysi bir gün yubanır. Bu barədə cümə günü Trend-də Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata görə, reys heyət üzvlərindən birinin xəstələnməsi səbəbindən yubanır.

Cədvələ görə, təyyarə Bakıdan Bişkəkə dünən yerli vaxtla saat 23:25-də uçmalı idi.

"Heyət üzvlərindən birinin xəstələnməsi ilə əlaqədar təyyarə yerli vaxtla saat 23:30-da uçacaq", - aeroportdan bildiriblər.

Bakı-Bişkək aviareysi London-Bakı-Bişkək marşrutu çərçivəsində həyata keçirilir və Bakıdan təyyarənin uçuşunun yubanması üzündən bu marşrut üzrə bütün reyslər ləngiyir.

Xəbər lenti

Xəbər lenti