...

Azərbaycanın bir sıra şəhər və rayonlarında mağazalarda 330 kq-dan çox vaxtı ötmüş ərzaq malları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 18:10 (UTC +04:00)
Azərbaycanın bir sıra şəhər və rayonlarında mağazalarda 330 kq-dan çox vaxtı ötmüş ərzaq malları aşkarlanıb
Azərbaycanın bir sıra şəhər və rayonlarında mağazalarda 330 kq-dan çox vaxtı ötmüş ərzaq malları aşkarlanıb

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində
Corat qəsəbəsində yerləşən "Dərya" kafesində
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmçinin Yasamal rayonunda C.Cabbarlı küçəsi, ev 13 ünvanında Rəfail İbrahimova məxsus mağazada, İzmir küçəsi, ev 5 ünvanında yerləşən "24 saat market"də, Ç.Mustafayev küçəsi, ev 88 ünvanında Gülarə Abbasovaya məxsus mağazada, M.Qorki küçəsi, ev 25 ünvanında Oktay Mehdiyeva məxsus mağazada, Vidadi küçəsi, ev 69/37 ünvanında İlqar Həsənzadəyə məxsus mağazada, B.Səfəroğlu küçəsi, ev 133 ünvanında yerləşən "Maxim's mart market"də, eləcə də Sumqayıt şəhərində Sahil Zolağında yerləşən "Özal market"də
saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Monitorinqlər zamanı Sumqayıt şəhərində Hövsan qəsəbəsində yerləşən "Tropikanka" kafesində normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Sumqayıt şəhərində Corat qəsəbəsi, 26-cı sahəsində yerləşən "Dalğa" restoranında, Daşkəsən şəhərində Mədənçilər qəsəbəsində Fərmayıl Verdiyevə məxsus mağazada, H.Əliyev prospektində Şahbaz Hüseynova məxsus mağazada
normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb

Sumqayıt şəhərində H.Əliyev prospekti, ev 3/46, 17-ci məhəllədə Rauf Qəhrəmanova məxsus mağazada, Biləsuvar rayonunda H.Əliyev prospektində Şahin Şahbazova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.

Ağdam rayonunda H.Əliyev prospektində Bəxtiyar Ələsgərova məxsus mağazada, Ağstafa şəhərində M.Ə.Rəsulzadə küçəsində Anar Qurbanova məxsus mağazada, Quba rayonunda
Çartəpə kəndində İbrahim Yusifova məxsus mağazada, Biləsuvar rayonunda Nizami küçəsi, ev 82A ünvanında Nurəddin Mirişova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 330 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti