...

Azərbaycan bankı AccessBank "«Yeni jurnalistlər nəsli" layihəsinin ilk mərhələsini başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 15:22 (UTC +04:00)
Bu gün AccessBank, British Council ilə əməkdaşlıq çərçivəsində, Thomson Foundation və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən "Yeni jurnalistlər nəsli" layihəsində iştirak etmək üçün 20 tələbə seçdiyini elan edib.
Azərbaycan bankı AccessBank "«Yeni jurnalistlər nəsli" layihəsinin ilk mərhələsini başa vurub

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Bu gün AccessBank, British Council ilə əməkdaşlıq çərçivəsində, Thomson Foundation və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən "Yeni jurnalistlər nəsli" layihəsində iştirak etmək üçün 20 tələbə seçdiyini elan edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə axşamı bankdan məlumat verilib.

Bu layihəni həyata keçirməklə AccessBank yeni jurnalistlər nəslinin inkişafını dəstəkləyərək ölkənin sosial inkişafına töhfə verməyə çalışır.

Xatırladaq ki, bu layihə Thomson Foundation xüsusi proqramı əsasında, jurnalistika sahəsində beynəlxalq səviyyəli peşəkarlar tərəfindən keçirilən tədris kursunu əhatə edir. Proqram beynəlxalq standartlara müvafiq surətdə, tələbələrin bilik və ixtisaslılıq səviyyəsinin artırılmasına yönəldilib.

Əsas məşğələlərə başlamazdan əvvəl tələbələrə sürətləndirilmiş ingilis dili kursu keçiləcək. 2012-ci il oktyabrın 1-dən ilk tədris kursu başlanacaq və bu tədris kursu tam olaraq onlayn-jurnalistikaya həsr ediləcək. Həmin kurs Thomson Foundation məsləhətçisi, təlimatçısı və onlayn-redaktoru Den Meyson (www.danmason.co.uk) tərəfindən tədris ediləcək. Təlimatçılıq fəaliyyətinə başlamazdan əvvəl cənab Meyson iyirmi beş ildən artıq bir müddətdə, Coventry Evening Telegraph və Birmingham Post kimi mükafatlara layiq görülən gündəlik qəzetlərin jurnalisti və baş redaktoru olub.

Xatırladaq ki, proqramın ən fəal iştirakçıları seçilərək 2013-cü ilin aprel ayında London və Kardiff şəhərlərinə göndəriləcək. Bu səfər çərçivəsində tələbələr BBC, CNN, Reuters agentliklərinə, digər məşhur qəzet və jurnal redaksiyalarına baş çəkəcək, Böyük Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər keçirəcəklər.
Layihədə iştirak etmək üçün ərizə verən tələbələrin sayı 71 nəfər təşkil edib. Seçmə mərhələdən keçmiş tələbələrin siyahısı aşağıda göstərilir:
Novruzova Fidan - I kurs
Əliyev Cəlal - III kurs
Bağırov Emil - III kurs
Bayramova Müşfiqə - III kurs
Hüseynova Röya - III kurs
Tağıyeva Sevil - III kurs
Məhərrəmov Şamil - III kurs
Nəsirli Toğrul - III kurs
Abbaslı Səadət - III kurs
Allahverdiyev ƏIi - III kurs
Qəmbərova Türkan - I kurs
Qurbanova Rufanə - II kurs
Abdiyeva Fəridə - II kurs
Sabirli Hülya - III kurs
Rəsulzadə Sevil - II kurs
Süleymanova Fidan - II kurs
Ələsgərova Ülkər - II kurs
Muxtarova Xanım - IV kurs
Rəhimova Pərvanə - I kurs
Mahmudova Xəyalə - III kurs

British Council mədəni əlaqələr və təhsil imkanları üzrə Britaniyanın aparıcı beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. British Council, xalqlar arasında etibarı möhkəmləndirmək, Böyük Britaniyanın xarici ölkələrdə ideya və nailiyyətlərini qiymətləndirmək məqsədi ilə Böyük Britaniyanın əhalisi ilə digər ölkələrin əhalisi arasında sıx münasibətlər yaradır.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2012, 2011, 2010) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti