...

Azərbaycan Beynəlxalq Bankının mənfəəti təxminən 17 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 14:10 (UTC +04:00)
2012-ci ilin I yarısının yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti 2011-ci ilin analoji dövrü ilə müqayisədə 16,7 faiz artaraq 16,82 milyon manata çatıb.
Azərbaycan Beynəlxalq Bankının mənfəəti təxminən 17 faiz artıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

2012-ci ilin I yarısının yekunları üzrə Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti 2011-ci ilin analoji dövrü ilə müqayisədə 16,7 faiz artaraq 16,82 milyon manata çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABB-nin mətbuat xidmətinin məlumatında deyilir.

Bankın gəlirləri il ərzində 5 faiz artaraq 179 milyon manat təşkil edib.

2012-ci il iyulun 1-nə olan məlumata görə, bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 0,34 faiz, kapitalın gəlirlilik əmsalı isə (ROE) 3,9 faizə bərabər olub. Bu göstəricilər 2011-ci il iyulun 1-nə görə isə müvafiq olaraq 0,11 faiz və 1,24 faiz olub.

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Xəbər lenti

Xəbər lenti