...

Bakıda istehlaka yararsız qazsız sular məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2012 16:24 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazlı və qazsız suların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi müəyyən edilib.
Bakıda istehlaka yararsız qazsız sular məhv edilib

Azərbaycan, Bakı, 27 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazlı və qazsız suların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal olunan qazsız suların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeksin) normadan dəfələrlə çox olduğu aşkar edilib.

Bununla əlaqədar olaraq istehlaka yararsız 1216 litr qazsız suların qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə İzayət İsmayılova icrası məcburi göstəriş verilib.

Artıq həmin mallar Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Xəbər lenti

Xəbər lenti