...

Azərbaycanda keçmiş AzSSR Əmanət Bankının 566,3 minə yaxın əmanətçisi öz pullarını alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2012 11:48 (UTC +04:00)
Sentyabrın 3-nə olan vəziyyətə görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin 1992-ci il yanvarın 1-nə 566 271 əmanətçisinə 263,7 milyon manat məbləğində birdəfəlik fərdi ödəniş həyata keçirilib.
Azərbaycanda keçmiş AzSSR Əmanət Bankının 566,3 minə yaxın əmanətçisi öz pullarını alıblar

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Axundov/

Sentyabrın 3-nə olan vəziyyətə görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin 1992-ci il yanvarın 1-nə olan vəziyyətə görə 566 271 əmanətçisinə 263,7 milyon manat məbləğində birdəfəlik fərdi ödəniş həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Kapital Bank"ın idarə heyəti sədrinin müavini Araz Əliyev jurnalistlərə bildirib.

"Sentyabrın 3-dək keçmiş AzSSR Əmanət Bankının qanuni varisi olan "Kapital Bank"a ümumilikdə 731 303 müraciət daxil olub. Müraciətlərin 42 518-i bank yanındakı əmanətçilərə birdəfəlik ödənişlər mərkəzinə göndərilıib", - Əliyev deyib.

Ödənişlərin verilməsindən imtina olunan şəxslərin sayı 59 263 nəfərdir.

Yerlərdə korrupsiya faktlarından qaçmaq üçün bank kadrların rotasiyası siyasəti aparır. Beləliklə, bankın əməkdaşları bu və ya digər yerdə 10 gündən artıq olmurlar, ödənişlər üzrə bütün məlumatlar isə vahid kompüter şəbəkəsində yerləşdirilir.

Qeyd edək ki, birdəfəlik əmanətlərin ödənilməsinə iyunun 1-dən başlanılıb.

Ödənişlər 143 məntəqədə həyata keçirilir ki, onların 78-i ölkənin regionlarında yerləşir.

Xəbər lenti

Xəbər lenti