...

Azərbaycan ötən ay 2 minə yaxın vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 19:11 (UTC +04:00)
2012-ci ilin avqust ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 1947 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Azərbaycan ötən ay 2 minə yaxın vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin avqust ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 1947 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 961 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 329 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 173 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 237 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 171 vergi ödəyicisi tərəfindən 289 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 66 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 10 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 476 ədəd mal olduğu aşkarlanıb.

Aşkar olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti