...

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının biznes forumuna dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 17:31 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin "İƏT üzv ölkələrdə kiçik və orta müəssisələrin rəqabət gücünün artırılması" mövzusundakı 28-ci iclası çərçivəsində İstanbulda "16-cı Beynəlxalq Biznes Forumu" və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin "14-cü MUSİAD Beynəlxalq Sərgisi" keçiriləcək.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının biznes forumuna dəvət olunub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin "İƏT üzv ölkələrdə kiçik və orta müəssisələrin rəqabət gücünün artırılması" mövzusundakı 28-ci iclası çərçivəsində İstanbulda "16-cı Beynəlxalq Biznes Forumu" və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin "14-cü MUSİAD Beynəlxalq Sərgisi" keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi və MUSİAD-ın təşkilatçılığı ilə həyata keçiriləcək tədbirlərdə dünyanın müxtəlif islam ölkələrindən rəsmi şəxslər və iş adamları iştirak edəcək.

Yuxarıda qeyd olunan tədbirlər Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın himayəsi, bu ölkənin iqtisadiyyat naziri Zəfər Çağlayanın və digər ölkələrin iqtisadiyyat nazirlərinin iştirakı ilə həyata keçiriləcək.

MUSİAD beynəlxalq sərgi və forumlarda iştirakda maraqlı olan Azərbaycan ölkə sahibkarları nıvə işgüzar dairələri tədbirlərdə iştiraka dəvət edir.

Ətraflı məlumat üçün: Türkiyə, İstanbul şəhəri, Beyoğlu, Sütlücə, İmrahor küç., 28 34445

Xəbər lenti

Xəbər lenti