...

Gürcüstan və MDB ölkələrinə turist axını ildə orta hesabla 3 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 16:16 (UTC +04:00)
HVS konsaltinq şirkəti yaxın illər əzinddə Gürcüstan və MDB ölkələrinə turist axınının ildə orta hesabla 3 faiz artacağını proqnozlaşdırır.
Gürcüstan və MDB ölkələrinə turist axını ildə orta hesabla 3 faiz artacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/

HVS konsaltinq şirkəti yaxın illər əzinddə Gürcüstan və MDB ölkələrinə turist axınının ildə orta hesabla 3 faiz artacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə HVS şirkətinin "Rusiya, MDB və Gürcüstanın mehmanxana bazarları. Tendensiyalar və perspektivlər" adlı hesabatında deyilir.

HVS mehmanxana, restoranlar, kazino və əyləncə sənayesi sahəsində dünyanın qabaqcıl konsaltinq şirkətidir.

"Regionun bəzi hissələrinə daşımaların qeyri-daimi və bahalı olması, habelə vizaların rəsmiləşdirilməsinin xeyli vaxt aparmasına baxmayaraq, son beş ildə xaricdən Rusiya, MDB və Gürcüstana gələnlərin sayının orta illik artım tempi 3 faiz təşkil edib, proqnozlara əsasən, bu rəqəm yaxın illərdə həmin səviyyədə qalacaq", - hesabatda qeyd olunur.

Hesabatda deyilir ki, Rusiya, Ukrayna və Qazaxıstan ildə təqribən 1,5 milyon turist qəbul edən qonşuları Gürcüstan və Azərbaycanla müqayisədə daha çox turist qəbul edir. Ermənistana isə 600 mindən az turist gəlir.

"Rusiyaya gələnlərin sayında azalma 2009-cu ildə nəzərəçarpacaq dərəcədə olub və bu, Qazaxıstan və Ukraynaya adekvat təsir edib, halbuki Gürcüstan, Azərbaycan və Ermənistanda həm mütləq göstəricilərdə, həm də faizlə ifadədə belə azalma müşahidə olunmayıb", - hesabatda bildirilir.

"EuromonitorGroup"un proqnozlarına əsasən, perspektivlər əlverişlidir və ümumilikdə region üzrə illik artım tempinin 5 faiz səviyyəsində olması vəd edilir. Xüsusilə, yüksək olmayan başlanğıc göstəricilərinə baxmayaraq, nəzərəçarpacaq artım Gürcüstanda olmalıdır.

Sentyabrın 18-19-da HVS şirkəti Bakıda mehmanxna sektoru və investisiya mühitinin regional inkişafına həsr edilmiş MDB ölkələri və Gürcüstan (iCON) üzrə ilk mehmanxana investisiya konfransını keçirir.

Xəbər lenti

Xəbər lenti