...

Sloveniya Azərbaycanı Mariborda aeroportun tikintisini investisiyalaşdırmağa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 14:04 (UTC +04:00)
Sloveniya Azərbaycana avtomobil və dəmir yollarının tikintisi sahəsində təcrübəsindən istifadə etməyi təklif edir.
Sloveniya Azərbaycanı Mariborda aeroportun tikintisini investisiyalaşdırmağa dəvət edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov /

Sloveniya Azərbaycana avtomobil və dəmir yollarının tikintisi sahəsində təcrübəsindən istifadə etməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə Sloveniya Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Sloveniya işgüzar görüşündə çıxışı zamanı bildirib.

Görüşdə Azərbaycanın nümayəndə heyətinə iqtisadi inkişaf naziri Şahin Mustafayev başçılıq edib.

"Sloveniya avtomobil və dəmir yollarının tikintisi sahəsində böyük təcrübəyə malikdir və onu Azərbaycanla bölüşməyə hazırdır. Biz Sloveniya şirkətlərini Azərbaycandakı layihələrdə görməkdə maraqlıyıq", - Zerjav deyib.

Onun sözlərinə görə, əməkdaşlığın perspektivli sahələri hidroenergetika, informasiya-kommunikasiya texnologiyaları, turizm və başqalarıdır.

"Bundan əlavə, Mariborda aeroport tikintisi üzrə işlər gedir. Biz bu tikintidə Azərbaycanın investisiyalarını görmək istərdik", - Zerjav bildirib.

Görüşdə hər iki tərəf öz ölkələrinin investisiya imkanlarını nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti