...

İstehsalçılara satılan mineral gübrələrin dəyərinin yarısının dövlət tərəfindən ödənilməsinin təmin olunması üzrə Respublika Komissiyasının iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2012 12:28 (UTC +04:00)
İstehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib
İstehsalçılara satılan mineral gübrələrin dəyərinin yarısının dövlət tərəfindən ödənilməsinin təmin olunması üzrə Respublika Komissiyasının iclası keçirilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

19 sentyabr 2012-ci il tarixində kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarının icrasına uyğun olaraq, 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından daxil olmuş sənədlərə baxılıb.

Komissiyanın iclasında Respublika Komissiyasından qeydiyyatdan keçmiş 8 satıcı təşkilat üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8 maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1 və 2.3 maddələrinə uyğun olaraq 6759 nəfər istehsalçıya 49025,72 hektara görə 50 faiz güzəştlə satılmış 9565280 kq mineral gübrə üçün 2275187,28 manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə Qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti