...

Rusiyanın Volqoqrad vilayəti Azərbaycandan yük daşımalarında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 15:05 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Volqoqrad vilayətinin sahibkarları arasında görüşlər hər il keçirilməlidir.
Rusiyanın Volqoqrad vilayəti Azərbaycandan yük daşımalarında maraqlıdır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiyanın Volqoqrad vilayətinin sahibkarları arasında görüşlər hər il keçirilməlidir. Trend-in məlumatına görə, bu barədə Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxışı zamanı deyib.

Görüş Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilir.

Onun sözlərinə görə, növbəti belə forum gələn ilin may ayında Volqoqradda keçiriləcək.

"İki ölkənin biznes strukturları arasında əlaqələri möhkəmləndirmək lazımdır. Azərbaycandan yük daşımaları çox cəlbedicidir və biz bunu inkişaf etdirəcəyik. Volqa-Don kanalı yüklərin Qara, Aralıq, Baltik və Ağ dənizlərə çıxmasına imkan verir, Volqoqradda aeroporun genişləndirilməsi layihəsi reallaşdırılır, dəmiryol şəbəkəsi inkişaf edir", - Bojenov qeyd edib.

Qubernator əminliyini bildirib ki, yaxın vaxtlarda iki tərəfin turizm şirkətləri arasında bir sıra sazişlər imzalanacaq.

"Bu gün kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələrə tələbatımız var. Biz bu sahədə, habelə sənayenin digər sahələrində Azərbaycan biznesini görmək istərdik", - Bojenov deyib.

Onun sözlərinə görə, Azərbaycan Volqoqrad vilayətinin ticarət tərəfdaşları arasında ənənəvi olaraq ilk onluğa daxil olur, əməkdaşlıq potensialı tam tükənməyib.

Xəbər lenti

Xəbər lenti