...

Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 17:28 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.
Bakıda saxta endirim kampaniyasının qarşısı alınıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, belə ki, mağazada endirimlərin tətbiq olunması barədə reklam verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanıb.

Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı aşkarlanıb.

Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət etmələri xahiş edilir.

Xəbər lenti

Xəbər lenti