...

Dubay-Bakı reysinin ekonom sinif sərnişinləri üçün yeni baqaj daşınması qaydaları tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 18:23 (UTC +04:00)
1 oktyabr 2012-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Dubay-Bakı istiqamətindəki uçuşlarında ekonom sinif sərnişinləri üçün baqajın pulsuz daşınması norması 2 yer (hər biri 23 kq-dan artıq olmamaq şərti ilə) müəyyən edilir.
Dubay-Bakı reysinin ekonom sinif sərnişinləri üçün yeni baqaj daşınması qaydaları tətbiq edilir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

1 oktyabr 2012-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Dubay-Bakı istiqamətindəki uçuşlarında ekonom sinif sərnişinləri üçün baqajın pulsuz daşınması norması 2 yer (hər biri 23 kq-dan artıq olmamaq şərti ilə) müəyyən edilir.

Trend QSC-nin rəsmi saytına istinadən məlumata verir ki, Dubay-Bakı istiqamətindəki uçuşlarda biznes sinif sərnişinləri üçün baqajın pulsuz daşınması norması dəyişilməz - 2 yer (hər biri 32 kq-dan artıq olmamaq şərti ilə) olaraq qalır.

Bakı-Dubay istiqamətindəki uçuşlarda da baqajın pulsuz daşınması norması dəyişilməz olaraq qalır:

- biznes sinif üçün 2 yer (hər biri 32 kq-dan artıq olmamaq şərti ilə);
- ekonom sinif üçün 1 yer (hər biri 23 kq-dan artıq olmamaq şərti ilə).

Yuxarıda göstərilən yeniliklər transfer uçuşlara şamil olunmur.

Xəbər lenti

Xəbər lenti