...

Kinetik dizayn əfsanəsi, 3-cü nəsil tam yenilənmiş - Ford Focus (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 11:51 (UTC +04:00)
Kinetik dizayn əfsanəsi, 3-cü nəsil tam yenilənmiş - Ford Focus
Kinetik dizayn əfsanəsi, 3-cü nəsil tam yenilənmiş - Ford Focus (FOTO)

Artıq bir neçə ildir ki, dünyada satış rekordlarını qıran Ford markasının ən populyar nümayəndələrindən olan Ford Focus, cəlbedici dizaynı, keyfiyyəti və etibarlılığı sayəsində müştərilərin rəğbətini qazanıb. Avtomobilin rahat interyeri və gözəl manevr qabiliyyəti sürücüyə idarəetmədən həzz almaq imkanı yaradır.

Ford Azərbaycan bu avtomobilin 1,6 litr həcmə malik 125 at gücündə mühərriklə təchiz olunmuş, 4 pilləli avtomat transmissiyaya malik variantını təqdim edir. Bu avtomobil kuzov rəngli qapı tutacaqlarına və moldinqlərə, ön və arxa duman əleyhinə fənərlərə malikdir. Dəri elementləri ilə işlənmiş oturacaqlar, ön və arxa qapıların elektrik şüşəqaldıranları, elektriklə tənzimlənən yan güzgülər, hündürlüyə görə tənzimlənən sürücü oturacağı, hidravlik gücləndiriciyə malik multifunksional sükanın hündürlüyə və dərinliyə görə tənzimlənməsi salona yeni əyləşən sürücüyə Ford Focus komfortunu hiss etdirir.

Avtomobilin salonu həmçinin klimat-kontrol, kruiz-kontrol, audiosistem ilə də təchiz edilib. Təhlükəsizlk sisteminə sürücü və ön sərnişin üçün təhlükəsizlik yastığı, bütün oturacaqlar üçün üçdüyməli təhlükəsizlk kəmərləri, və mərkəzi kilid daxildir.
Sinfində ən sərfəli qiymətə malik tam yenilənmiş Ford Focus modelini indi Ford Azərbaycandan daha sərfəli kredit şərtləri ilə: cəmi 15% ilkin ödəniş və 16% illik bank faizi ilə əldə edə bilərsiniz. Bundan əlavə avtomobilə Ford Azərbaycandan 1 illik sığorta hədiyyə edilir. Ford Azərbaycandan tərəfindən təqdim edilən 3 il və ya 100.000 km zəmanət isə onun uzun müddət sizə xidmət edəcəyindən xəbər verir.

Ətraflı məlumatı Ford salonundan və www.ford.az saytından, həmçinin www.facebook.com/FordAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

Xəbər lenti

Xəbər lenti