...

2015-ci ilin əvvəlində Azərbaycanda yeni liman kompleksi istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 19:03 (UTC +04:00)
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı cari ilin 9 ayı ərzində 4 750 min ton yük ötürüb.
2015-ci ilin əvvəlində Azərbaycanda yeni liman kompleksi istismara veriləcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı cari ilin 9 ayı ərzində 4 750 min ton yük ötürüb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Elçin Mirzəyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bunun 59 faizi bərə terminalının, 22 faizi neft terminalının, qalanı isə əsas yük terminalının payına düşür.

2011-ci ildə limandan 6 709 min ton yük aşırılıb. Bu isə 2010-cu ilin göstəricisindən 16,8 faiz çoxdur.

"Bu liman Gürcüstan yolunun üzərində yerləşəcək və beləliklə də, müəyyən yükdaşıma, nəqliyyat xərcləri, həm də zaman müddəti azalacaq. Təsəvvür edin ki, indiki ərazimizdən, bir vaqon bərədən çıxandan 16 saat sonra Biləcəri qəsəbəsinə gedib çıxır. Çünki Bakı şəhərində böyük sıxlıqdır. Bu baxımdan da, yeni liman böyük üstünlüklərə malikdir", - Mirzəyev vurğulayıb.

Nəzərdə tutulur ki, yeni liman kompleksi 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində istismara verilsin.

Yeni beynəlxalq limanının tikintisi 2010-cu ilin noyabrında başlayıb. Liman Ələt qəsəbəsində yerləşir.

Xəbər lenti

Xəbər lenti