...

"Atəşgah" sığorta şirkəti yeni iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 18:34 (UTC +04:00)
Azərbaycanın ən iri sığortaçılarından biri "Atəşgah" SŞ iş qrafikinin dəyişildiyini elan edib.
"Atəşgah" sığorta şirkəti yeni iş rejiminə keçib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri "Atəşgah" SŞ iş qrafikinin dəyişildiyini elan edib.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, belə ki, müştərilər üçün xidmət rahatlığını təmin etmək məqsədilə şirkətin Bakıda yerləşən satış ofisləri 1 oktyabr 2012-ci il tarixindən başlayaraq, saat 09:00-dan 20:00, şənbə günləri isə 10:00-dan 14:00-dək işləyəcək.

Yeni iş qrafiki aşağıdakı ofislərə şamil edilir:

Ofis

Ünvan

Əlaqə nömrələri

Mərkəzi satış ofisi

C.Məmmədquluzadə küç, 998-ci məhəllə

(994 12) 940

"Əhmədli"

Seyid Əzim Şirvani küç, 1B

(994 12) 570-48-60, 370-48-27

"28 May"

Xaqani küç, 42

(994 12) 498 62 74/ 498 24 74

"Nərimanov"

Təbriz küç 64

(994 12) 489-98-65

"Nizami"

Salatın Əsgərova küç, 87

(994 12) 596 11 49

"Yasamal"

Şərifzadə küç, 34/16

(994 12) 432 43 55

"Azadlıq"

8-ci mikr, Axundov küç, ev 2/73

(994 12) 562 13 44

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN təşkil edir. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti