Füzuli Ələkbərov: Azərbaycanda ünvanlı yardım proqramı 127 minə yaxın ailəni əhatə edir

Füzuli Ələkbərov: Azərbaycanda ünvanlı yardım proqramı 127 minə yaxın ailəni əhatə edir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycanda icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

"Təyinat zamanı subyektiv amillərin minimuma endirilməsi məqsədilə hazırda 27 rayonda tətbiq olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə icrası üçün iş aparılır. Araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilmişdir. Bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur-vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaqdır. Möhtərəm cənab Prezident! Qeyd etdiyiniz kimi, ünvanlı yardım aztəminatlı vətəndaşın minimum ehtiyaclarını ödəmək üçündür. Yoxsulluqdan çıxış, maddi rifahın yaxşılaşması isə yalnız səmərəli məşğulluq vasitəsilə mümkündür. Mütərəqqi dünya təcrübəsi əsasında icra olunan "Özünədəstək" proqramı məhz müvafiq potensialı olan aztəminatlı ailənin məşğulluğuna imkan yaratmaqla, onun yoxsulluqdan çıxmasına şərait yaradır. İndiyədək pilot olaraq, 13 rayonda vətəndaşlar tərəfindən böyük maraq göstərilən proqrama 281 ailə cəlb edilmişdir. Proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Bu isə nəticə etibarilə yeni iş yerlərinin yaranmasına və aztəminatlı vətəndaşların tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaqdır. Beləliklə, qeyd olunan aktiv proqram nəticəsində ünvanlı yardım alanların sayının 30 faizə qədər azalacağı gözlənilir", - nazir deyib.

Onun sözlərinə görə, növbədə dayanan bütün müharibə əlilləri və şəhid ailələrinin yaxın bir neçə ildə yeni mənzillə təmin olunmaları barədə Prezidentin verdiyi tapşırığa əsasən, mənzil tikintisi getdikcə sürətlənir.

"Artıq 5 minə yaxın mənzil tikilərək istifadəyə verilmişdir. Cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə təqdim olunacaqdır. Yaxın aylarda ayrı-ayrı bölgələrdə 510 mənzildən ibarət binaların inşasına başlanacaqdır. Sizin, cənab Prezident, təsdiq etdiyiniz "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də inşasına şərait yaratmışdır. Hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur. Saray, Şağan, Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət müəssisələrində də müasir standartlara uyğun şəraitin yaradılması işləri aparılır. Eyni zamanda, cari ildən etibarən, pilot layihə kimi ixtisaslaşdırılmış vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinə cəlb edilmişdirlər. İlkin mərhələdə sağlamlıq imkanları məhdud uşaqlara və sosial cəhətdən risk vəziyyətində olan yetkinlik yaşına çatmayanlara bu xidmətlər göstəriləcəkdir", - deyə Ələkbərov bildirib.

Nazir qeyd edib ki, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı demoqrafik vəziyyətə də müsbət təsir göstərmişdir.

"1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azaldığı halda, 2012-ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil etmişdir. Hesablamalar göstərir ki, növbəti onilliklərdə bütün dünyada, o cümlədən ölkəmizdə yaşlaşma prosesinin güclənəcəyi gözlənilir. Proqnoz göstəricilərə əsasən 2050-ci il üçün Azərbaycanda orta ömür uzunluğu 77,3 yaş olacaqdır. Buna görə də, yaşlı insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə növbəti Dövlət Proqramının hazırlanması üçün müvafiq tədbirlər görülməkdədir. Möhtərəm cənab Prezident, Respublika hökumətinin 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair iclasında Sizin əmək bazarına daha güclü nəzarət olunması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə verdiyiniz tapşırığın icrası daim diqqət mərkəzindədir. Bununla əlaqədar, aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla birgə qeyri-leqal məşğulluğun aradan qaldırılması üzrə birgə komissiya yaradılmışdır. Konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilərək tədbirlər görülməkdədir. Dövlət Əmək Müfəttişliyi Xidməti təkcə son üç ayda 31 mindən çox işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin etmişdir. İnzibati tədbirlərlə yanaşı, vətəndaş maarifləndirilməsi işləri görülmüş, müvafiq mövzuda videoçarxlar nümayiş etdirilmiş, təşviqat xarakterli müxtəlif çap məhsulları hazırlanaraq ictimaiyyət arasında yayılmışdır. Qeyd edim ki, son illərdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət gücləndirilmişdir. Bu sahədə müsbət nəticə kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2003-dən 153-ə, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80-dən 57 nəfərə enmişdir. Sizin tapşırığınıza uyğun olaraq, əmək hüquqlarının təmin edilməsinə dövlət nəzarəti müasir tələblər səviyyəsində qurulmaqdadır" - deyə əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib.

Ələkbərovun sözlərinə görə, bu sahədə tədbirlərdən biri kimi, Dünya Bankı və Avropa İttifaqı ilə birgə layihələr çərçivəsində iş yerlərində təhlükəsiz əmək şəraiti normalarına uyğunluğun ölçülməsi sahəsində əmək müfəttişləri üçün müasir mobil laborator avadanlıqlar alınmışdır.

"Hazırda müfəttişlərin peşəkarlığının artırılması üzrə təlim strategiyası icra olunur. Əmək bazarının keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq standartlara uyğun səriştəli əmək qüvvəsinin yaradılması məqsədi ilə Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması işləri aparılır. Bakı və Göyçay Peşə Tədrisi Mərkəzləri müasir tələblər səviyyəsində yenidən qurulmaqla, Gəncə şəhərində də belə bir mərkəzin yaradılması nəzərdə tutulur. 5 sentyabr 2012-ci il tarixində təsdiqlənən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə Dövlət Proqramı"nda dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə tutulmuşdur. Diqqətinizə çatdırım ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, habelə vətəndaş qəbullarında müxtəlif ictimai birliklərin iştirakı təmin olunur. Hələ ötən il nazirlikdə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura yaradılmışdır. Bununla yanaşı, nazirliyin artıq əksər fəaliyyət sahələri üzrə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir", - Ələkbərov deyib.

Nazir qeyd edib ki, son illərdə əmək və sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlıq xeyli güclənmiş, layiqli əməyin təminatı mövzusunda Bakıda bir sıra beynəlxalq səviyyəli tədbirlər təşkil edilmişdir.

"Cari ilin dekabrında isə ölkəmizdə MDB-nin əmək və sosial məsələlər üzrə Məsləhət Şurasının yubiley iclası keçiriləcəkdir. Eyni zamanda, 2013-cü ilin aprelində İslam Konfransı Təşkilatına üzv ölkələrin nazirlərinin, 2015-ci ildə isə Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin konfranslarının Azərbaycanda keçirilməsi gözlənilir. Möhtərəm cənab Prezident! Çıxışımın sonunda əmin edirəm ki, ölkəmizdə sosial rifahın yüksəldilməsi istiqamətində aktiv proqramlar və effektli iş mexanizmləri əsasında bundan sonra da səylə çalışacağıq", - nazir deyib.

Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgər yaralanıb
Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgər yaralanıb
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Loading Bars
Xəbər lenti
Xarici valyutaların manata qarşı məzənnələri
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı üzərində iş aparılır
Salyan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
Toyda karantini pozan 1 nəfər həbs edilib, 2 nəfər cərimələnib
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgər yaralanıb
Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib (FOTO)
Xorvatiya və Azərbaycan kənd təsərrüfatı və qida sənayesində əməkdaşlığın möhkəmlənməsi üçün əhəmiyyətli potensiala malikdir - Səfir (Müsahibə) (FOTO)
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına dair açıqlama yayıb
“Neftçi” növbəti transferini reallaşdırıb
Şimali Koreya uzaq mənzilli ballistik raket sınağını keçirib
Türkiyədə ötən sutka koronavirusa 82 mindən artıq yoluxma qeydə alınıb
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Türkiyə Rusiya və Ukraynanı gərginliyi azaltmağa çağırıb
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil edəcək
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Füzuli sakinləri Beyləqanda pulemyot satarkən tutuldu (FOTO/VİDEO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Xəzərdən nərə balıqlarını qanunsuz ovlayan şəxslərə cinayət işi açılıb
Ən iddialılar "Teknofest"də yarışır
Kürdəmir sakinindən heroin və tiryək götürülüb
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama (ÖZƏL)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb
Bir neçə qurum avtomobillərini ucuz qiymətə satışa çıxarır
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi
Azərbaycanda 3 helikopter satışa çıxarılır (FOTO)
Paşinyan Türkiyəyə səfər edə bilər
Yelo Bankdan gömrük işçilərinə zaminsiz və komissiyasız kredit!
Azərbaycan və Türkmənistanın “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
İranda daha 30 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Göygöldəki Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir (FOTO)
Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
AAYDA və "Azərsu" ASC birgə məlumat yayıb (FOTO)
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb (FOTO)
Ağacları zədələyən şirkət cəzalandırılıb
İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb
Əjdər Olun məhkəməsi keçirilib
Vladimir Putin Türkiyəyə səfər edəcək
Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Naqif Həmzəyev
Təhsil Nazirliyindən direktorun rüşvət istəməsinə dair səs yazısı ilə bağlı AÇIQLAMA (VİDEO)
Hafiz Məmmədov barəsində həbs qərarı verilib - Rəsmi
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi
Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini
Ukraynada əsgər 5 hərbçi yoldaşını belə öldürüb (VİDEO)
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev
Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır - Anar Əliyev
Sabah hava necə olacaq?
Vətən müharibəsi iştirakçılarının siyahısı tərtib olunub Zəfər altsisteminə daxil ediləcək - Nazir müavini
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
"Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır - Rövşən Rüstəmov
Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)
Qəbələdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hindistanın Respublika Günü qeyd edilib (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb - Müşavir
Peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır - Baş infeksionist
Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)
Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini
Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə xidmət edir - Kamaləddin Qafarov
Bütün xəbərlər