...

"AtaBank"ın mənfəəti iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir C.Nəsibova/

9 ay ərzində "AtaBank" ASC-nin maliyyə fəaliyyətinin yekunları üzrə bankın mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə artıb.

Bankdan Trend-ə verilən məlumata görə, ötən illə müqayisədə bankın aktivləri 10,9 faiz, yaxud 256,1 milyon manat artaraq 256,1 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 27,2 faiz və ya 39,8 milyon manat artaraq 186,5 milyon manata çatıb.

Cari ilin sentyabrında bankın xalis mənfəəti 4,4 milyon manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 98,3 faiz, yaxud 2,2 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti