...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 9 ay ərzində 33 layihəni bəyənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2012 12:31 (UTC +04:00)
Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin 9 ayı ərzində 33 layihə üzrə müsbət rəy verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 9 ay ərzində 33 layihəni bəyənib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Axundov/

Şəhərsalma və Arxitektura Komitəsi 2012-ci ilin 9 ayı ərzində 33 layihə üzrə müsbət rəy verib. Bu barədə Trend Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına istinadən məlumat verir.

"Bu dövr ərzində komitəyə 63 obyektin memarlıq-planlaşdırma həllərinə münasibət bildirilməsi və rəy verilməsi üçün müraciətlər olub", - məlumatda deyilir.

Təqdim edilən layihələr öyrəndildikdən sonra onlardan 33-nə müsbət, 30-na isə mənfi rəy verilib.

"Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün 2012-ci ilin üçüncü rübü ərzində 7 hüquqi və 1 fiziki şəxsə, ümumilikdə cari ilin 9 ayı ərzində isə 20 hüquqi və 3 fiziki şəxsə xüsusi razılıq (lisenziya) verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti