...

"Azərbaycan Dəmir Yolları" 25 yeni vaqon alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2012 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

"Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC 25 yeni vaqon almağı və 50 vaqonu təmir etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə QSC-nin sədri Arif Əsgərov deyib.

Onun sözlərinə görə, 15 təmir edilmiş vaqon artıq Bakıya çatdırılıb və Gürcüstan istiqamətində hərəkət edən qatara qoşulub. Qalan 35 vaqon isə 2013-cü ilin fevralınadək çatdırılacaq və Şimal istiqamətində işləyəcək.

"Dövlət proqramı çərçivəsində hazırda Azərbaycanda Qərb istiqamətində təqribən 134 kilometr yol yenidən qurulub", - Əsgərov vurğulayıb.

İlin sonunadək bu istiqamətdə yenidən qurulmuş yolun ümumi uzunluğu 140 kilometrə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti