...

Azərbaycanda Ərzaq Təhlükəsizliyi Alyansı təsis edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 18:35 (UTC +04:00)
Azərbaycanda Ərzaq Təhlükəsizliyi Alyansı təsis edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Alyansın nümayəndəsi Nizami Qarayev Ərzaq Təhlükəsizliyi Günü ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.
Azərbaycanda Ərzaq Təhlükəsizliyi Alyansı təsis edilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanda Ərzaq Təhlükəsizliyi Alyansı təsis edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Alyansın nümayəndəsi Nizami Qarayev Ərzaq Təhlükəsizliyi Günü ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Alyansın yaradılmasında əsas məqsəd kənd təsərrüfatının kompleks inkişafına və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçirilməsinə töhfə vermək, həmçinin bu sahədə fəaliyyət göstərən hökumət, qeyri-hökumət və özəl sektorun əməkdaşlığına və fəaliyyyətlərinin əlaqələndirilməsinə nail olmaqdır.

Alyansın əsas fəaliyyət istiqamətləri kiçik fermerlərin maarifləndirilməsi, onların keyfiyyətli toxum, mineral gübrələrlə və ziyanvericilərə qarşı dərman vasitələri ilə təchiz edilməsi, müasir əkinçilik texnikası və kənd təsərrüfatında maliyyə resurslarına çıxışını təmin etmək olacaq.

"Azərbaycanda hazırda tam istifadə edilməyən kənd təsərrüfatının inkişafı üçün xeyli potensial mövcuddur. Bu sektorun inkişafı üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək lazımdır. Alyans bunu nəzərə alaraq bu sahədə çalışan dövlət, özəl və qeyri-hökumət strukturlarının əməkdaşlığının inkişafında maraqlıdır", - Qarayev qeyd edib.

"Oxfam" beynəlxalq humanitar təşkilatının Azərbaycanda nümayəndəliyinin direktoru Şövkət Əlizadə qeyd edib ki, təşkilat alyansın yaradılmasını dəstəkləyir, çünki kiçik fermerlərə dəstək verməklə hər bir ölkə öz ərzaq təhlükəsizliyini təmin edə bilər və bu da "Oxfam"ın Azərbaycanda proqramlarının əsas hədəflərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti