...

Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması üzrə saziş imzalamaq niyyətindədir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 11:59 (UTC +04:00)
İlin sonunadək Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan arasında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstan yüklərinin daşınması üzrə saziş imzalamağı planlaşdırır.
Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması üzrə saziş imzalamaq niyyətindədir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Axundov /

İlin sonunadək Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan arasında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstan yüklərinin daşınması üzrə saziş imzalamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Səfirin sözlərinə görə, sazişin dörd ölkənin nəqliyyat nazirləri tərəfindən imzalanması planlaşdırılır. Hazırda yüklərin daşınması həcminin dəqiqləşdirildiyi sənədin hazırlanması həyata keçirilir.

Bakı-Tbilisi-Qars layihəsi üzrə işlər 2013-cü ilin ikinci yarısında tam başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti