...

Azərbaycanda kreditlər ucuzlaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan bankları 2012-ci il sentyabr ayının əvvəlinə yerli və xarici valyutada kreditlər üzrə faiz dərəcələrini azaldıblar.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi məlumatına görə, oktyabrın 1-nə milli valyutada Azərbaycanda bank kreditləşməsi üzrə orta dərəcə 15,39 faiz təşkil edib. Bu göstərici 2012-ci il yanvarın 1-də 16,27 faiz, 2011-ci il sentyabrın 1-də isə 16,19 faiz olub.

Azad konvertasiya edilən valyutada bank kreditləşməsi üzrə orta dərəcə 15,52 faiz olub. Bu göstərici 2012-ci il yanvarın 1-də 16,79 faiz, 2011-ci il sentyabrın 1-də isə 16,42 faiz təşkil edib.

Sentyabrın əvvəlinə milli valyutada hüquqi şəxsin bank kreditləşməsi üzrə orta dərəcə 13,31 faiz təşkil edib. Bu rəqəm 2012-ci il yanvarın 1-də 14,53 faiz, 2011-ci il sentyabrın 1-də isə 14,3 faiz olub.

Azad konvertasiya edilən valyutada korporativ müştərinin bank kreditləşməsi üzrə orta dərəcə 12,46 faiz təşkil edib. Bu göstərici 2012-ci il yanvarın 1-də 14,30 faiz, 2011-ci il sentyabrın 1-də isə 13,87 faiz olub.

Sentyabrın 1-nə milli valyutada fiziki şəxsin bank kreditləşməsi üzrə orta dərəcə 18,56 faiz təşkil edib. Bu rəqəm 2012-ci il yanvarın 1-də 19,06 faiz, 2011-ci il sentyabrın 1-də isə 19,30 faiz olub.

Azad konvertasiya edilən valyutada fərdi müştərinin bank kreditləşməsi üzrə orta dərəcə 22,31 faiz təşkil edib. Bu rəqəm 2012-ci il yanvarın 1-də 22,90 faiz, 2011-ci il sentyabrın 1-də isə 23,01 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti