...

Bakıda "xruşovka"ların sökülməsi təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 18:09 (UTC +04:00)
Bakının 3-cü mikrorayonunda beşmərtəbəli "xruşovka" binalarının sökülməsi təklif edilir.
Bakıda "xruşovka"ların sökülməsi təklif edilir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

Bakının 3-cü mikrorayonunda beşmərtəbəli "xruşovka" binalarının sökülməsi təklif edilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun direktoru İlqar İsbatov "Böyük Bakının inkişaf planı" layihəsinin ictimai dinləmələri zamanı deyib.

"Onların yerində yeni tikililərin ucaldılması təklif edilir", - İsbatov bildirib.

Onun sözlərinə görə, bu proses "Böyük Bakı" planına hələ daxil edilməyib, lakin təklif edilən variantlardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti