...

"Bank Standard" treyderlər üçün nəzərdə tutulan "Super Trader" yarışmasına qeydiyyata başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 14:22 (UTC +04:00)
"Bank Standard" iki həftəlik "Super Trader" yarışmasına start verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.
"Bank Standard" treyderlər üçün nəzərdə tutulan "Super Trader" yarışmasına qeydiyyata başlayır

Azərbaycan, Bakı, 5 noyabr/Trend/

"Bank Standard" iki həftəlik "Super Trader" yarışmasına start verir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

Yarışa qoşulmaq istəyənlər cari ilin noyabr ayının 5-dən 18-dək http://trader.bankstandard.com/az/joinlinks/ saytına daxil olub qeydiyyatdan keçə bilərlər.

Noyabrın 19-da startı veriləcək treyderlərin yarışması dekabrın 2-dək davam edəcək. İştirakçılar "Bank Standard" Trader platforması vasitəsilə onlayn rejimdə (24/7) dünyanın 25 birjasında Forex (160-dan çox valyuta cütlüyü), Səhmlər (14.000 səhm), CFD (8400 müqavilə), Fyuçers (21 dünya birjasından 175-dən çox müqavilə növü), Opsionlar və digər derivativlər daxil olmaqla çoxlu sayda maliyyə alətləri ilə əməliyyat aparmaq imkanı əldə edəcəklər. Hər bir iştirakçı üçün açılacaq demo hesabdakı vəsaitin məbləği 100000 USD təşkil edəcək.

"Super Trader" yeni başlayan və təcrübəli treyderlərə öz ticarət strategiyalarını yoxlamağa, bilik və bacarıqlarını artırmağa şərait yaradacaq, əməliyyatlar uğurla nəticələndikdə isə "Bank Standard"da acılacaq hesablarına pul uduşu qazanmağa imkan verəcək. Yarışmanın nəticələrinə əsasən gəlirlərinin həcminə görə ilk 3 yeri tutan iştirakçıların hesablarına real bazarda əməliyyatlar aparmaq üçün pul uduşları köçürüləcək. Ən yüksək nəticəyə sahib olan iştirakçı 3000 USD, ikinci yeri tutan şəxs 2000 USD, üçüncü yerin sahibi isə 1000 USD məbləğində pul uduşu ilə mükafatlandırılacaq.

"Bank Standard"ın "Super Trader" yarışmasında iştirak pulsuz, uduşlar isə real pullardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti