...

BİNSA Şurası iclasının iştirakçıları birgə kommunike qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 15:33 (UTC +04:00)
Qara dəniz hövzəsi gəmi sahibkarlarının Beynəlxalq Assosiasiyası (BİNSA) Şurasının Bakıda keçirilən 16-cı iclasının iştirakçıları birgə kommunike qəbul ediblər.
BİNSA Şurası iclasının iştirakçıları birgə kommunike qəbul ediblər

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir C.Nəsibova/

Qara dəniz hövzəsi gəmi sahibkarlarının Beynəlxalq Assosiasiyası (BİNSA) Şurasının Bakıda keçirilən 16-cı iclasının iştirakçıları birgə kommunike qəbul ediblər.

Trend-in məlumatına görə, noyabrın 5-də Bakıda işinə başlayan iclas ayın 8-dək davam edəcək.

BİNSA dəniz sənayesi sahəsində 18 ildən çox təcrübəyə malik beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat böyük liman, gəmiqayırma və gəmi təmiri müəssisələri ilə qarşılıqlı əlaqələr qurmuş, inkişaf etdirilmiş təşkilati struktura malikdir.

İclasda Şura üzvləri və onların səlahiyyətli nümayəndələri, BİNSA-nın ekspertləri, Assosiasiya üzvləri olan Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Fransa və digər ölkələrdən gəmiçilik müəssisələrinin məsləhətçiləri və ekspertləri iştirak edirlər.

BİNSA prezidenti, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) rəisi Aydın Bəşirov Şura üzvlərini salamlayıb və iclasın işinə rəhbərlik edib.

Şuranın iclasının gedişində Qara dəniz regionunda nəqliyyat sahəsində layihələrin reallaşdırması, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında əməkdaşlıq statusuna malik olan nəqliyyat üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşlığı, Qara dəniz regionunda birləşdirilmiş dəniz siyasəti üzrə tövsiyələr layihəsinin hazırlanması, iqtisadiyyat və istismar, ətraf mühitin mühafizəsi və dəniz hüququ ilə bağlı aktual məsələlərə baxılıb.

Assosiasiya iştirakçılarının işgüzar əməkdaşlığının möhkəmləndirilməsinə, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın bütün formalarının inkişafı və genişləndirilməsi məsələlərinə, onların dəniz profilli beynəlxalq təşkilatlarda iştirakına xüsusi diqqət ayırılıb.

Şura üzvləri, həmçinin 2012-2013-cü illərdə işlərin əsas istiqamətlərini, 2013-cü ildə xərclər smetasını, üzvlük haqlarının həcmini və verilmə müddətlərini müəyyən ediblər.

Qəbul edilmiş qərara əsasən, BİNSA Şurasının növbəti iclası gələn ilin oktyabrında Odessada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti