...

2013-cü ildə Azərbaycanda investisiyaların real artımının 17,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 10:34 (UTC +04:00)
Azərbaycan hökuməti 2013-cü ildə ölkədə investisiyaların real artımını 17,3 faiz səviyyəsində proqnozlaşdırır.
2013-cü ildə Azərbaycanda investisiyaların real artımının 17,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan hökuməti 2013-cü ildə ölkədə investisiyaların real artımını 17,3 faiz səviyyəsində proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin müzakirəsində olan 2013-cü və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsində deyilir.

2010-cu ildə 21,2, 2011-ci ildə 27,3 faiz real artm qeydə alınmışdı, 2012-ci ildə artım 2013-cü ildə olduğu kimi 17,3 faiz səviyyəsində gözlənilir.

Bununla birlikdə, hökumət 2014-cü ildə Azərbaycanda investisiya qoyuluşlarının 1,9 faiz ixtisarını, sonra artımın yenidən bərpa olunacağını gözləyir: 2015-ci ildə 0,9 faiz və 2016-cı ildə 1,2 faiz.

İnvestisiyaların 2012-ci ildə 15,218, 2013-cü ildə 18, 2014-cü ildə 17,672, 2016-cı ildə 18,189 milyard manat səviyyəsində olacağı gözlənilir.

Proqnozlara əsasən, 2012-ci ildə daxili investisiyalar 11,148 milyard manat, xarici investisiyalar 4,07 milyard manat təşkil edəcək, 2013-cü ildə müvafiq olaraq 12,79 milyard və 5,215 milyard manat, 2014-cü ildə 12,337 milyard və 5,335 milyard manat, 2015-ci ildə 12,523 milyard və 5,409 milyard manat, 2016-cı ildə 12,695 milyard və 5,494 milyard manat olacaq.
2012-ci ildə neft-qaz sektoruna investisiyalar 4,378 milyard manat, 2013-cü ildə 5,509 milyard manat, 2014-cü ildə 5,553 milyard manat, 2015-ci ildə 5,442 milyard manat, 2016-cı ildə 5,396 milyard manat səviyyədə proqnozlaşdırılır. Müvafiq olaraq, 2012-ci ildə başqa sektorlara investisiyalar 10,84 milyard manat, 2013-cü ildə 12,492 milyard manat, 2014-cü ildə 12,139 milyard manat, 2015-ci ildə 12,489 milyard manat, 2016-cı ildə 12,793 milyard manat təşkil edəcək.

Layihəyə əsasən, 2012-ci ildə dövlət yatırımları 8,532 milyard manat, qeyri-dövlət yatırımları 6,686 milyard manat, 2013-cü ildə müvafiq olaraq 9,74 milyard və 8,261 milyard manat, 2014-cü ildə 8,664 milyard və 9,008 milyard manat, 2015-ci ildə 8,423 milyard və 9,508 milyard manat, 2016-cı ildə 8,1 milyard və 10,088 milyard manat səviyyəsində gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti