...

2013-cü ildə Azərbaycanda ÜDM-in artımının 60 faizindən çoxu qeyri-neft sektorunun hesabına təmin olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 13:42 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda ÜDM-in ümumi həcmi 71 milyard dollar səviyyəsində gözlənilir ki, bu da 2003-cü ilin göstəricisini səkkiz dəfə üstələyir.
2013-cü ildə Azərbaycanda ÜDM-in artımının 60 faizindən çoxu qeyri-neft sektorunun hesabına təmin olunacaq

Azərbaycan, Bakı, 13 noyabr / Trend, müxbir A.Axundov /

2013-cü ildə Azərbaycanda ÜDM-in ümumi həcmi 71 milyard dollar səviyyəsində gözlənilir ki, bu da 2003-cü ilin göstəricisini səkkiz dəfə üstələyir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

"2013-cü ildə ÜDM-in artım sürəti 5,3 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da əsasən qeyri-neft sektorunun artması ilə təmin olunacaq. ÜDM 71 milyard dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2009-cu ilin göstəricini 29 milyard dollar ötür. Bu artımın 55 faizi qeyri-neft sektorunun hesabına təmin ediləcək", - Səmədzadə bildirib.

Onun sözlərinə görə, 1990-2000-ci illərdə Azərbaycanda MDB məkanında ÜDM-in artım templərinin azalmasının ən yüksək sürəti müşahidə olunub.Ancaq 2000-2008 illərdə ölkədə ÜDM-in orta illik artımı 18,1 faiz təşkil edib ki, bu da MDB-də ən yüksək göstərici və dünyada ən yaxşılardan biri olub.

"Əgər 1999-cu ildə Azərbaycan ÜDM-in adambaşına olan həcminə görə MDB-də 12-ci yerdə idisə, 2011-ci ildə ölkə altıncı mövqeyə qalxdı. 2011-ci ildə bu göstərici Gürcüstandakı analoji göstəricini 2,1 dəfə, Ermənistandanı isə 2,3 dəfə üstələdi", - Səmədzadə deyib.

Onun sözlərinə görə, ÜDM-in artması ilə istehsalın həcmi artır ki, bu da ÜDM-in artımının bir faizini təşkil edir.

"Əgər 2003-cü ildə bir faiz artım ÜDM-in 71 milyon manat artımını bildirirdisə, onda 2013-cü ildə bu artım 560 milyon manat olacaq ki, bu da qeyri-neft sektorunda 344 milyon manat artımı təşkil edir", - Səmədzadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti