...

Azərbaycan xaricdən borcalmanı optimallaşdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 14:03 (UTC +04:00)
Azərbaycanın xarici borcu ÜDM-in 8-9 faizi səviyyəsindədir və hökumətin sonrakı addımları bu göstəricinin optimallaşdırılmasına yönəldilib.
Azərbaycan xaricdən borcalmanı optimallaşdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın xarici borcu ÜDM-in 8-9 faizi səviyyəsindədir və hökumətin sonrakı addımları bu göstəricinin optimallaşdırılmasına yönəldilib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

2013-cü ildə borcalma limiti 2012-ci illə müqayisədə 1,3 milyard manat və ya 62,5 faiz azaldılaraq 750 milyon manata çatdırılıb.

"2013-cü il büdcəsindən dövlət borcuna xidmət üzrə 781 milyon manat həcmində vəsait ayırılacaq. Əvvəlki illərlə müqayisədə bu böyük məbləğdir. Bu, onunla bağlıdır ki, əsas borcun ödənilməsi ilə yanaşı bəzi kreditlər üzrə faizlərə görə ödəmələrə başlanacaq. Əgər əvvəl Azərbaycan əlverişli şərtlərlə beynəlxalq maliyyə institutlarından (xüsusilə DB-dən) kreditləri alırdısa, indi ölkənin maliyyə statusunun dəyişməsi və adambaşına düşən ÜDM-in artması ilə bağlı bu təşkilatlar kreditlərin ödənilməsi qrafikində dəyişiklik edirlər", - bundan əvvəl maliyyə naziri Samir Şərifov demişdi.

Lakin Səmədzadənin qeyd etdiyi kimi, kommersiya banklarının borclarının həcmi 300 milyon manata çatır ki, bu da narahatlıq doğurur.

Onun sözlərinə görə, bu gün bankların faiz dərəcələrini azaltmaq barədə düşünmələri vacibdir.

"Bu gün iqtisadiyyatın real sektoruna banklar tərəfindən dəstəyin artırılması vacibdir", - Səmədzadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti